Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti biznes subyektlərinin bazara girişini çətinləşdirən halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tənzimləyicini tədbirlərini davam etdirir.
övlət Xidmətinin məlumatına görə, 2024-cü il ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə ümumilikdə 161 müraciətə baxılıb, onlardan 92-si təmin olunub. Baxılan müraciətlərin sayında 2023-cü il ilə müqayisədə 3 dəfədən çox artım müşahidə olunub.