EN

DAHA BİR MƏKTƏBLİ DAVASI: 10-cu sinif şagirdi 11-ci sinif uşağına ağır xəsarətlər yetirib (YENİLƏNİB)

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, fevralın 7-si Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır".

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbdə xəsarət yetirilən 2008-ci il təvəllüdlü oğlanın vəziyyəti orta ağırdır.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayb.

Məlumatda deyilir: "Bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü oğlan təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Chosen
47
20
mia.az

10Sources