Lənkəranda yağan intensiv yağış nəticəsində 505 evin həyətyanı sahəsini və 10-a yaxın təsərrüfatı su basıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, fevralın 5-dən başlayaraq yağan yağışlar nəticəsində Lənkəran rayonunda bir sıra çaylarda, o cümlədən Ləkərçayda sululuq səviyyəsi artıb, subasma halları yaranıb. Rayonun yaşayış məntəqələrində ümumilikdə 505 evin həyətini və 10-a yaxın təsərrüfatı su basıb.
Lənkəran rayon Fövqəladə Hallar Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə subasmanın fəsadlarının aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülüb. Subasmanın fəsadları aradan qaldırılıb, təxliyə olunmuş 3 ailə (22 nəfər) evlərinə qayıdıb, Şiləvar kənd qəbristanlığından suyun çəkilməsi prosesi davam edir.
xxx
Lənkəranda intensiv yağış nəticəsində qəbiristanlığı su basıb.
Milli.Az xəbər verir ki, 2 gündür Lənkəranda yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən "Yeni qəbiristanlıq" yağış suları ilə dolub. Onlarla qəbir su altında qalıb, qəbirlərə ziyan dəyib.
FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub, tədbirlər görülür.
Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir./APA
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://news.milli.az/media/2025/02/07/1262161_(2).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(3).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(4).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(5).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(6).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(7).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(8).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(9).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(10).jpg)
![](https://news.milli.az/media/2025/02/07/1262161_(11).jpg)