Yaxın vaxtlarda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş baş tuta bilər.
Demokratikmusavat.comxəbər verir ki, bunu Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Putinlə Trampın görüşü barədə sualı cavablandırarkən deyib.
"Fevral və ya mart, gəlin, prosesi qabaqlayıb münəccimlik etməyək. Biz liderlərə bununla bacarıqlı və hərtərəfli hazırlaşmaq imkanı verəcəyik, lakin bu, tezliklə olacaq", - rusiyalı deputat bildirib.
Mürtəza
Demokratikmusavat.com