EN

Kremldən Bakıdakı “Rus Evi”nin bağlanmasına dair açıqlama

“Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Təəssüflənirik və bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik. Bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə müzakirə edəcəyik və bu məsələnin dövlət başçıları səviyyəsində qaldırılacağını istisna etmirik”.

Peskov vurğulayıb ki, Moskva bu məsələləri Bakı ilə olan ənənəvi mehriban münasibətləri rəhbər tutaraq dialoq vasitəsilə həll edəcək.

Azərbaycan tərəfi “Rossotrudniçestvo” (“Rus Evi”nin) agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Bildirilib ki, daha əvvəl analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Chosen
40
13
azpost.info

10Sources