O, Azərbaycanın Rusiyaya qarşı beynəlxalq məhkəmə iddiası qaldırmaq istəməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən suala qısa cavab verib.
Rusiya rəsmisi deyib ki, Vladimir Putin “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə məsələsi ətrafında danışmağı planlaşdırmır.
"Xeyr, bununla bağlı heç bir plan yoxdur",- Kremlin sözçüsü deyib.
2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Çeçenistanda vurulduqdan sonra Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Tural Tağıyev
AzVision.az