EN

Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib - YENİLƏNİB

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq Quliyevlə keçirilən vida mərasimi başa çatıb.

“Far.Az”un Cəbrayıla ezam olunmuş əməkdaşının məlumatına görə, şəhidin nəşi Horovlu kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:24

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İbrahim oğlu Quliyevin meyitinin qalıqları Cəbrayıl rayonuna gətirilib.

“Far.Az”un Cəbrayıla ezam olunmuş əməkdaşının məlumatına görə, şəhidin nəşi rayonun Horovlu kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

M.Quliyev Horovlu kənd qəbiristanlığında dəfn olunacaq.

Chosen
94
13
far.az

10Sources