İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq Quliyevlə keçirilən vida mərasimi keçirilib.
Ölkə.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Horovlu kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.