EN

Yaylagül Ramazanova: "Azərbaycan çempionatında qızıl medal qazandığım üçün çox sevincliyəm"

Qızıl medal qazandığım üçün çox sevincliyəm.

Bunu qadınlar arasında kamandan oxatma üzrə Azərbaycan çempionatının qalibi Yaylagül Ramazanova deyib.

O, yarışın çətin mübarizə şəraitində keçdiyini söyləyib:

"Nəticələrim gözlədiyim qədər yüksək olmadı. Yeni ana olduğum üçün çox məşq etməyə vaxtım olmamışdı. Lakin yekunda qalib gəldiyim üçün çox sevincliyəm. Final mübarizəm gərgin keçdi. Yarışda yeni idmançılar gördüm. Hər biri özünü təsdiqləməyə çalışan istedadlı idmançılar idi".

Chosen
13
1
aznews.az

2Sources