
““Azərişıq” ASC-nin "ASAN Xidmət" mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb”.
1news.az xəbər verir ki, bu sözləri "Asan Xidmət"lə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov deyib.
“Əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün sadəcə 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma prosesləri 41 gündən 20 günə endirilib. Hazırda “Azərişıq” ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4 %-i elektron şəkildə müraciət edib”.