EN

Qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

Bakı. Trend:

Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə,yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı vəküləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdəqar yağacaq, yollar buz bağlayacaq.

Trend xəbərverir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatkatibi İradə İbrahimova deyib.

O bildirib ki, ölkə ərazisində müşahidə olunan və gözlənilənqeyr-sabit hava şəraitini nəzərə alaraq, sinoptiklərin verdiyixəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlaramüraciət edirik:

"Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədənaçıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlaradiqqət yetirilməli və gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərəalınmalıdır."

"Vətəndaşlara qeyri-sabit və küləkli hava şəraitində ehtiyatlıolmağı, hündür ağacların altında dayanmamağı, nəqliyyatvasitələrini irigövdəli ağacların altında saxlamamağı, dağlıq vədağətəyi ərazilərdə yolların buz bağlaması səbəbindən sürücülərəhərəkət edərkən diqqətli və ehtiyatlı davranmalarını tövsiyəedirik.

Hər birimizin ehtiyatsızlığı müəyyən hadisələrə səbəb ola bilər.Xoşagəlməz halların baş verməməsi üçün ardıcıl olaraq verilən havaxəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunmasıvacibdir”,- deyə o əlavə edib.

Məqalədə:
Chosen
14
49
az.trend.az

10Sources