EN

Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



40 saatlıq ABŞ-dən Hindistana deportasiya reysi zamanı 104 nəfər əl və ayaqlarından qandallı saxlanılıb.
Oxu.Az-ın CNN-ə istinadla verdiyi məlumata görə, bu barədə sərnişinlər danışıblar.
103 nəfərlə birlikdə Hindistana deportasiya edilən sərnişinlərdən 23 yaşlı Akaşdip Sinqhin sözlərinə görə, uçuşdan əvvəl onların əllərinə qandal, topuqlarına isə zəncir vurulub.
Sinqh bildirib ki, onların, hətta tualetə getmək və ya qidalanmaq üçün qandalların açılması xahişləri nəzərə alınmayıb.
Qadınların qandalları eniş zamanı, digər sərnişinlərin qandalları isə yerli polis əməkdaşları tərəfindən təyyarə yerə endikdən sonra açılıb.
35 yaşlı Sukpal Sinqh da bildirib ki, Quam adasında yanacaqdoldurma məntəsəndə dayanacaq zamanında da qandallar açılmayıb. Onun sözlərinə görə, kimsə ayaqlarının şişməsi səbəbindən ayağa qalxmağa cəhd edəndə mühafizə dərhal oturmağı tələb edib.
Qeyd edək ki, bu, ABŞ-dən deportasiya edilənlərlə bağlı ilk belə hal deyil. Belə ki, yanvarda Kolumbiyadan deportasiya edilənlər də qandallı şəkildə gödərilmişdilər. Bununla bağlı çəkilmiş fotolar Kolumbiya ilə ABŞ arasında mübahisəyə səbəb olub. Kolumbiya Prezidenti Qustavo Petro bu təcrübəni pisləyərək, miqrantlara cinayətkar kimi yanaşıldığını və deportasiya edilənlərin layiqli rəftara layiq olduğunu bildirib.
Həmçinin Braziliya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarının deportasiya şərtlərini alçaldıcı adlandıraraq pisləyib.
Chosen
25
50
oxu.az

10Sources