EN

Yeni nazirin atası yazıçı, anası jurnalistdir...



Əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Anar Əliyev tanınmış ədəbiyyatşünas, yazıçı Rəhim Əliyevin oğludur.

Bakupost.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

"Gənc nazirin atası tanınmış ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev, anası isə Əməkdar jurnalist İradə Əliyevadır. Yazıçı və jurnalist övladının belə bir mötəbər vəzifəyə təyin olunması bizi də ürəkdən sevindirir. Anar Əliyevə bu məsul işində uğurlar arzulayır, göstərilən etimadı layiqincə doğruldacağına inanırıq", - deyə o qeyd edib.

Zaur, BakuPost

Chosen
52
2
bakupost.az

3Sources