EN

Şurada deputat Əli Əhmədovu Samir Şərifov əvəz edəcək » AzadMedia.az


Prezident İlham Əliyev “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 6 oktyabr 2016-cı il tarixli Fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.

S.Şərifov, həmçinin BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycanın qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün yaradılan Dövlət Komissiyasının və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri seçilib.
Chosen
63
1
azadmedia.az

10Sources