EN

Məşhur aparıcı efirlərdən uzaqlaşır – Tarix AÇIQLADI

Ötən həftə saxlanılan jurnalist Barış Pehlivanla bağlı söylədiyi fikirlərlə gündəm olan məşhur jurnalist Fatih Portakal təqaüdə çıxmaq qərarı verib.

Medianews.az xəbər verir ki, Fatih Portakal ekranlarla tamamilə vidalaşacağı tarixi açıqlayıb.

“Sözcü TV-də verilişləri dayandıracağam. Çünki iyundan sonra tamamilə təqaüdə çıxmağı düşünürəm. İndi 57 yaşım var, bu yaşdan sonra tam sakit həyat yaşamaq istəyirəm. İzmirdəki həyatıma qayıdacağam”,-deyə F.Portakal bildirib.

Qeyd edək ki, Fatih Portakal ötən həftə saxlanılan jurnalist Barış Pehlivanla bağlı bunları demişdi: “Barış Pehlivanın etdiyi səhv idi. Jurnalist etikası baxımından bunu etməməli idi”.

Medianews.az

Chosen
53
medianews.az

1Sources