"Bakı şəhərində iki böyük parkın istifadəyə verilməsi nəzərdə tutulur".
Gundem.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mirhəsən Həsənov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı ictimai dinləmədə deyib.
O qeyd edib ki, Bakı şəhərində parkların, yaşıllıqların olması önəm kəsb edən amildir:
"Son aylar bu istiqamətdə müxtəlif işlər görülüb. Yaxın vaxtlarda iki böyük park istifadəyə veriləcək. Bunlardan biri metronun "Gənclik" stansiyasının ətrafındadır".
O vurğulayıb ki, paytaxtda nəqliyyatın hərəkəti, eyni zamanda piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin keçirilməsi zərurəti var:
"Bununla bağlı bir sıra layihələrin icrası gözlənilir. Bu məsələlər ciddi şəkildə təhlil edilir və müvafiq tədbirlər görülür. Yolun bizim üçün nə qədər vacib olmasını hər kəs dərk etməlidir".