EN

Şəhid hərbçimiz Salyanda dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçu Salyan rayonunun Seyidsadıqlı kənd sakini Tağıyev Elşən Qubad oğlunun şəxsiyyəti müəyyən olunaraq qalıqları ailəsinə təhvil verilib.

Modern.az-ın məlumatına görə, o, bu gün doğulduğu seyidsadıqlı kəndində dəfn olunub.

Qeyd edək ki, Elşən Tağıyev 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmişli məzarlığında naməlum əsgər kimi dəfn edilib. 1971-ci il təvəllüdlü E. Tağıyev 31 ildir ki, itkin elan edilmişdi.

Şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə Salyan RİH başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Günay Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Chosen
18
modern.az

1Sources