Aktual.az xəbər verir ki, bu sözləri İran rəhbəri Əli Xamenei bu gün ordunun hava qüvvələri və hava hücumundan müdafiə komandirləri ilə görüşündə deyib.
"Elə qələmə verməsinlər ki, o dövlətlə danışıqlar masasına əyləşsək, hansısa problem həll olunacaq. Xeyr! Amerika ilə danışıqlar yolu ilə heç bir problem həll oluna bilməz”, - o bildirib.
Xamenei Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-la iki il müddətinə danışıqlar aparıldığına, ancaq heç bir nəticə əldə olunmadığına diqqət çəkib:
"2 il davam edən danışıqlar zamaı müqavilə də bağlandı, ancaq indi vəzifədə olan eyni şəxs (Tramp) müqaviləni cıxdı”.