EN

"USAID Azərbaycanda "qurd topası" kimi fəaliyyət göstərir" - QHT sədri

Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva QHT.az-a verdiyi açıqlamada ABŞ-ın beynəlxalq inkişaf agentliyi USAID-ın Azərbaycanda həyata keçirdiyi fəaliyyətlərə ciddi tənqidlər səsləndirib. O, USAID-ın "qurd topası" kimi fəaliyyət göstərdiyini və bununla ölkəmizdə müxtəlif radikal və qeyri-dövlət orqanları dəstəklədiyini bildirib.

QHT sədri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dünya miqyasında öz məqsədləri üçün QHT-lər, siyasətçilər və media qurumları ilə əməkdaşlıq etdiyini və bu qurumların da Azərbaycanın milli suverenliyinə qarşı iş birliyi qurduqlarını vurğulayıb:

"USAİD fəaliyyət göstərdiyi ölkələrdə özünə lazım olan zaman “qurd topasını” partladaraq daim radikal qüvvələri dəstəkləyərək siyasi qarşıdurmalara rəvac verib, milli-mənəvi dəyərlərə hörmətsizlik edib, istədiyi xaosa nail olub. USAİD-dın Azərbaycandakı QHT-ləri “novarçılar” 44 günlük Vətən müharibəsində iç üzlərini göstərdilər,müharibədən sonra Qarabağda yaşayan etnik ermənilərin müdafiəsinə qalxdılar. Ermənilərin könüllü şəkildə Ermənistana köç etməsini “etnik təmizləmə” deyərək “ qurd topası” , ənənəsinə sadiq qaldı. USAID COP29 tədbiri ərəfəsində “Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasının geniş vüsət alması üçün “qrant layihələri” ayırıb.Mütamadi olaraq ABŞ-da Azərbaycana qarşı çirkin ideoloji kampaniyanlar təşkil olunub. Yerli QHT - lərin dəstək oldugu həmin kompaniyalar maliyə müqabilində manipuliasiya edilib. İstəyimiz Azərbaycanda USAID-in cinayətkar fəaliyyətinin araşdırılıb ifşa olunmasıdır".

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
14
qht.az

1Sources