Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda 300 nəfərə səyyar tibbi xidmət göstərilib. Bu barədə Nazirlikdən bildirilib.
"Aksiya zamanı institutun pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, Elektrokardioqrafiya, Exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib", - məlumatda deyilir.
İndiyədək Cəbrayıla 1 487 nəfərin köçürülməsi təmin edilib.
Cəbrayıla ilk köç sentyabrın 26-da baş tutub.
İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Gülnar

www.anews.az