1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Qasım Mohiuddin "X" hesabında yazıb.
"2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq", - diplomat bildirib.
Always a pleasure to meet Mr. Hikmet Hajiyev, Assistant to the President and Head of Foreign Policy Affairs Department of the Presidential Administration. We remain committed to achieve greater milestones in the fraternal ties between 🇵🇰 and 🇦🇿 as we look forward to 2025. pic.twitter.com/W6KByeHDSn
— Qasim Mohiuddin (@QasimMFA) February 7, 2025