Axşam saatlarında Xırdalan şəhəri Heydər Əliyev prospekti “120” adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, 517 nömrəli müntəzəm marşrut avtobusu piyadanı vurub.
Orta yaşlarında olan kişi hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Bizim.Media