RU

Xırdalanda QƏZA: Piyadanı avtobus vuraraq öldürdü -FOTO/VİDEO/ÖZƏL

Axşam saatlarında Xırdalan şəhəri Heydər Əliyev prospekti “120” adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın məlumatına görə, 517 nömrəli müntəzəm marşrut avtobusu piyadanı vurub.

Orta yaşlarında olan kişi hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.



Bizim.Media

Избранный
2
2
bizim.media

3Источники