Bu gün Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadacağını açıqlayacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
54 yaşlı Luis Enrike 2023-cü ildən Paris klubunu çalışdırır. Mütəxəssisin əvvəlki iş yeri İspaniya millisi olub. İspaniyalı çalışdırıcı PSJ ilə Fransa çempionu (2023/2024), kubokun qalibi (2023/2024) və ölkə Superkubokunun ikiqat qalibi (2023, 2024) olub.
PSJ 2024/2025 Fransa çempionatının turnir cədvəlinə başçılıq edir. Luis Enrikenin komandası 20 oyundan sonra 50 xala malikdir. Ən yaxın təqibçi isə 40 xalı olan Marseldir.