Ukrayna Macarıstan və Slovakiyadan qaz idxalını ardıcıl olaraq artırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Strana.ua Ukraynanın Qaz Ötürmə Sistemi Operatoruna istinadən məlumat yayıb.
Qeyd olunur ki, fevralın 6-da 10,9 milyon kubmetr, fevralın 7-də isə 14,1 milyon kubmetr qaz idxal edilib.
Həmçinin fevralın 7-də Ukraynanın Energetika Nazirliyi Aİ-yə biometan ixracı barədə məlumat verib – 67 min kubmetr tədarük edilib ki, bu da gündəlik idxaldan 208 dəfə azdır.