EN

Fransanın keçmiş prezidenti elektron qolbaq taxacaq

Nikola Sarkozi elektron qolbaq taxacaq.

Fransanın keçmiş prezidenti Nikola Sarkozi elektron qolbaq taxacaq.

Operativ Media xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.

“İstintaqa yaxın mənbənin məlumatına görə, fevralın 7-də Nikola Sarkozi telefon dinləmə işinin bir hissəsi kimi elektron qolbaq taxmağa məhkum edilib”, - nəşr qeyd edib.

Belə ki, dekabrda Kassasiya Məhkəməsi Sarkozinin telefon dinləmələri ilə bağlı şikayətini rədd edib və onun korrupsiya və nüfuz alverinə görə cəzalandırılmasına qərar verib.

Eks-prezident hökmdən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, Sarkozi 2007-2012-ci illərdə Fransanın dövlət başçısı vəzifəsində çalışıb.

Chosen
78
9
operativmedia.az

10Sources