Nikola Sarkozi elektron qolbaq taxacaq.
Fransanın keçmiş prezidenti Nikola Sarkozi elektron qolbaq taxacaq.
Operativ Media xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
“İstintaqa yaxın mənbənin məlumatına görə, fevralın 7-də Nikola Sarkozi telefon dinləmə işinin bir hissəsi kimi elektron qolbaq taxmağa məhkum edilib”, - nəşr qeyd edib.
Belə ki, dekabrda Kassasiya Məhkəməsi Sarkozinin telefon dinləmələri ilə bağlı şikayətini rədd edib və onun korrupsiya və nüfuz alverinə görə cəzalandırılmasına qərar verib.
Eks-prezident hökmdən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, Sarkozi 2007-2012-ci illərdə Fransanın dövlət başçısı vəzifəsində çalışıb.