EN

Pedaqoji Kollec bağlanır? - “Proses çoxdan başlayıb”

"Kolleclərdə müəllimlik ixtisaslarının ləğvi prosesi çoxdan başlayıb. Hazırda pedaqoji ixtisaslar heç bir kollecdə aparıcı profil olaraq müəyyən edilmir".

Yenisabah.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi" qəzetinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. 
O əlavə edib: "Yalnız Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) pedaqoji ixtisaslar nisbətən üstünlük təşkil edir. Lakin pedaqoji ixtisaslar üzrə kadr hazırlığının müstəsna olaraq ali təhsil pilləsində aparılması gözlənilir".
Səttarovanın sözlərinə görə, ADPK fəaliyyətini davam etdirəcək: 
"Hətta kollecə diqqəti bir az da artırmağı düşünürük. Amma sırf müəllim ixtisasları üzrə kadrların yetişdirilməsi, fəaliyyətin yalnız müəllimlik yönümlü olması prioritet deyil. Təhsil müəssisələrinin fəaliyyəti çoxşaxəlidir və orada hazırlanan kadrların heç də hamısı fənn pedaqoqu deyil. Fərqli pedaqoji istiqamətlərə dəstək siyasətini inkişaf etdirəcəyik. Elm və təhsil naziri Emin Əmrullayev də qeyd etdi ki, gələcəkdə ali təhsilin əlçatanlığı artırılmalıdır. Müşahidə etdiyiniz kimi, ali məktəblərin qəbul planında yerlərinin sayı ildən-ilə artırılır".
Chosen
52
12
yenilik.az

10Sources