Dəfərlərlə cərimələnən və maaşını ala bilməyən işçilər tərəfindən məhkəməyə verilən “Avrora” MMC ilə bağlı növbəti cərimə protokolu imzalanıb.
Şirkətlə bağlı işbaxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 19 fevral tarixində hakimVüsal Tağıyevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Avrora” MMC bir çox beynəlxalq şirkət, zavod və fabrikin partnyorudur. Şirkətin portfoliosuna “Danone”, “Ehrman”, “Rolton”, “KraftHeinz”, “Carsberg”, “Diageo” şirkətlər daxildir.
“Avrora” MMC-nin prezidenti Ceyhun Abbasovdur.
Tərəfləri dinləməyə hazırıq.