ABŞ prezidenti Tramp yazılı açıqlamasında BCM rəsmilərinə sanksiya tətbiq edən sərəncam imzaladığını açıqlayıb.
Turkustan.az xəbər verir ki,Tramp fərmanla bağlı açıqlamasında BCM-nin Amerika və onun İsrail kimi yaxın müttəfiqlərini “əsassız və qeyri-qanuni” hədəfə aldığını iddia edib.
Qəzzadakı hərbi cinayətləri əsas gətirərək Netanyahuya qarşı BCM-nin verdiyi həbs qərarını qəbul etmədiklərini qeyd edən Tramp bu açıqlamaları verib.
BCM-nin ABŞ-ı və İsrail kimi yaxın müttəfiqlərini “hədəf” etdiyini irəli sürən Tramp, bu qurumun rəsmilərinə öz sərəncamı ilə sanksiyaların tətbiq ediləcəyini bildirib.
Fərman BCM rəsmilərinin Amerika vizaları almasına və ABŞ-la maliyyə əməliyyatları aparmasına mane olacaq.
Bildirək ki, keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Qallantının Qəzza zolağında İsrail tərəfindən törətdiyi hərbi və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.
Aytən Yaşar/ Turkustan.az