EN

Kevin De Bruyne "Mançester Siti"dən ayrılır

Belçikalı ulduz futbolçu Kevin De Bruyne 2024/2025 mövsümünün sonunda "Mançester Siti"ni tərk edəcək.

Trend xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi artıq karyerasını harada davam etdirəcəyinə dair qərarını verib. Təcrübəli oyunçu ABŞ-nin "San Dieqo" klubuna keçməyə razılaşıb.

De Bruyne 2015-ci ildən "Mançester Siti"nin heyətində çıxış edir.

Onun İngiltərə klubuyla müqaviləsi 2025-ci ilin iyununda başa çatır. "Transfermarkt" futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Chosen
24
3
sherg.az

4Sources