EN

Xankəndidə enerji şəbəkəsi yenilənəcək

"Xocalı şəhərində yeni yarımstansiyanın tikintisi yekunlaşıb. Xankəndi şəhərinin hazırlanan Baş planına uyğun olaraq "Azərişıq" ASC-nin layihə və sxemləri hazırlanır".

Bunu Zəngilanda keçirilən brifinqdə "Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.

O bildirib ki, işlərin icrasına da yaxın günlərdə başlanılmalıdır:

"Xankəndi ərazisində şəbəkə köhnədir. Demək olar ki, istifadəyə yararsızdır. Xankəndi və Xocalı şəhərlərinin 35 kV-luq paylayıcı elektrik şəbəkələri iki müxtəlif 110 kV-luq güc mərkəzləri arası dairəvi elektrik təchizat sxeminin yaradılması işlərinə başlanılıb".

Aləmdə Nəsib

Mənbə: oxu.az

Chosen
4
2
oxu.az

3Sources