EN

Şolts Trampın planına qarşı çıxdı

"Mən, prezident Trampın irəli sürdüyü təklifləri tamamilə rədd edirəm. Qəzza əhalisini Misir və İordaniyaya köçürməməliyik!", - Almaniya kansleri deyib.

Şolts əlavə edib ki, "Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq və Fələstin ilə İsrail arasında sülh şəraitində birgə yaşayışı təmin etmək üçün əldən gələni etmək lazımdır".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziriBenyamin Netanyahu ilə görüşdə Qəzzanın gələcəyi ilə bağlı fikirlərini açıqlamışdı. Trampa görə,"bütün fələstinliləri Qəzzadan köçürülməli, şəhər tamamilə yerlə bir edilib sıfırdan tikilməli, firəvan həyat bərpa edilməlidir".

AzVision.az

Chosen
29
azvision.az

1Sources