EN

40 yaşını tamamlayan Ronaldo dayanmaq bilmir

Bu gün “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında “Əl Faiha”nı 3:0 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”in qış transferi Con Duran 2, Kriştiano Ronaldo 1 qol vurub. Bununla da Ronaldo qol seriyasını uzadaraq, 924-ə çatdırıb. Portuqaliyalı superulduz “Əl-Nəsr”də son 5 oyunun hər birində qol vurub. Ümumilikdə, beş oyunluq bu müddət ərzində Kriştiano rəqib komandalara qarşı yeddi dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi cari mövsümünün sonuna kimidir. Çərşənbə günü portuqaliyalı hücumçu 40 yaşını qeyd edib.

Chosen
30
futbolpress.az

1Sources