Sabah İsrail dövləti Qəzza zolağının 111 sakini də daxil olmaqla, 183 fələstinli məhbusu azad edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı HƏMAS-ın məhbuslarla iş üzrə idarəsi yayıb.
Bundan əvvəl təşkilat üç girovun fevralın 8-də azad ediləcəyini açıqlamışdı.
İsrail telekanalları isə girovların 53 yaşlı Eli Sharabi, 56 yaşlı Ohad Ben-Ami və 34 yaşlı Or Levi olduğunu açıqlayıb.
Bizim.Media