EN

“Putin mənimlə danışmaqdan qorxur”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin onunla iki ölkə arasında müharibəyə son qoymaq barədə danışmaqdan “qorxduğuna” bildirib.

Zelenski “X” platformasındakı paylaşımında ABŞ prezidenti Donald Trampın müharibəni bitirə biləcəyinə inandığını bildirib və Ukraynanın diplomatik yola girməzdən əvvəl müttəfiqləri ilə ortaq strategiyaya malik olması lazım olduğunu vurğulayıb.

“Ukrayna diplomatiyaya açıqdır, lakin bizsiz Ukrayna ilə bağlı heç bir qərar və ya plan qəbul edilə bilməz. Bu, ölkələr tərəfindən hazırlanmış plan ola bilməz, bizim tərəfdaşlarımızla ümumi baxışımız olmalıdır”, – deyə Zelenski bildirib.

Ukrayna prezidenti ABŞ tərəfinin Ukraynanın mövqeyini çox yaxşı bildiyini və Vaşinqtonun iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərar və ya planın qəbul edilə bilməyəcəyini bildirib.

Chosen
59
vaxt.az

1Sources