EN

51-ci ştat məsələsinə Kanadadan münasibət

“ABŞ Prezidenti Donald Trampın Kanadanın Birləşmiş Ştatlar-ın 51-ci ştatı olması ilə bağlı fikirlərini zarafat qəbul etmirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo açıqlayıb.

O ölkəsinin mineral xammal mənbəyi olduğunu və Trampın buna olan ehtiyacını açıqlayıb.

Xatırladaq ki, Tramp daha əvvəl Kanadadan heç bir asılılığının olmadığını və onlara lüzumsuz vergi ödədiklərini əsas gətirərək, ölkənin ABŞ-nin tərkibinə 51-ci ştat kimi qoşulmalı olduğunu qeyd etmişdi.

Chosen
23
qafqazinfo.az

1Sources