EN

Böyük Britaniya aviaşirkətinə məxsus təyyarə qu quşları ilə toqquşmadan sonra təcili eniş edib

Bakı. Trend:

Böyük Britaniyanın “Tui” aviaşirkətinin təyyarəsi havayaqalxdıqdan qısa müddət sonra qu quşları ilə toqquşaraq təcili enişetməli olub.

Trend “DailyMail”ə istinadən xəbər verir ki, hadisə təyyarə təxminən 300 metryüksəklikdə, saatda 300 kilometr sürətlə hərəkət edərkən başverib.

Toqquşma nəticəsində təyyarənin ön şüşəsi və elektron sistemlərizədələnib, bu isə pilotları həyəcan siqnalı verməyə məcbur edib.Təyyarə uğurla eniş etdikdən sonra ekipaj təhlükəsizlik yoxlamalarıüçün mütəxəssislərdən kömək istəyib. İlkin araşdırmalara görə,təyyarənin gövdəsində çatlar yaranıb, ön şüşədə isə qan izləriqalıb.

Qeyd edək ki, təyyarə Qatvik hava limanından Kabo-Verdeyəuçurdu.

Chosen
36
az.trend.az

1Sources