EN

AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) QSC sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə yeni kampaniyaya start verir.
Bununla bağlı Oxu.Az-a AZAL-ın Mətbuat Xidmətindən məlumat verilib.
2025-ci il fevralın 16-dək sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətləri üzrə aviabiletləri 25% endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il mayın 31-dək həyata keçirilən reyslərə şamil olunur.
Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tariflərinə şamil edilir, lakin vergi və yığımlara tətbiq edilmir.
Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.
Chosen
22
25
oxu.az

10Sources