EN

Çempionlar Liqasının ən yaxşı qolu bəlli oldu

Çempionlar Liqasının Liqa mərhələsində vurulmuş ən yaxşı qol bəlli olub.

 

Sfera.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

 

Azarkeşlərin səsverməsinə əsasən, İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniorun dəqiq zərbəsi ən yaxşı seçilib.

 

Braziliyalı oyunçunun VII turda Avstriyanın “Zaltsburq” komandasına 77-ci dəqiqədə vurduğu qol fərqləndirilib.

 

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə fevralın 11-də start veriləcək.

Chosen
82
8
sfera.az

9Sources