EN

Məhkəmə Trampın USAİD-lə bağlı qərarını blokladı

ABŞ məhkəməsi Tramp administrasiyasının USAİD-in 2200 əməkdaşını inzibati məzuniyyətə göndərməsi barədə qərarını bloklayıb

Ölkə.Az "CBS News"ə istinadən xəbər verir ki, cümə günü ABŞ federal hakimi Prezident Donald Trampın administrasiyasına ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2200 əməkdaşını inzibati məzuniyyətə buraxaraq, həmin işçiləri təmsil edən həmkarlar ittifaqının tərəfinə keçməsini qadağan edib.

Trampın 2019-cu ildÉ™ bu vÉ™zifÉ™yÉ™ tÉ™yin etdiyi Kolumbiya DairÉ™ MÉ™hkÉ™mÉ™sinin hakimi Karl Nikolsun çıxardığı qÉ™rarla USAÄ°D É™mÉ™kdaÅŸlarının inzibati mÉ™zuniyyÉ™tÉ™ göndÉ™rilmÉ™sinin, eyni zamanda mÉ™zuniyyÉ™tÉ™ buraxılmış É™lavÉ™ 500 USAÄ°D É™mÉ™kdaşını iÅŸÉ™ bÉ™rpa edilib. 

Məhkəmə qərarı ilə ABŞ-nin xaricdəki əməkdaşlarının dərhal ölkəyə qayıtmasını tələb edən Ağ Evin əmrləri dayandırılıb.

Nikols bildirib ki, onun həm inzibati məzuniyyətə, həm də sürətləndirilmiş evakuasiyaya mane olan müvəqqəti əmri fevralın 14-ü gecə yarısına qədər qüvvədə qalacaq.

Qeyd edək ki, ABŞ Həmkarlar İttifaqları - Amerika Xarici Xidmət Assosiasiyası və Amerika Hökumət İşçiləri Federasiyası Trampın USAİD-lə bağlı qərarından məhkəməyə müraciət edib.

Mürtəza
Ölkə.Az

Chosen
25
5
olke.az

6Sources