EN

Qəzza planı üçün tələsmirik - Tramp

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, Qəzzadakı fələstinlilərin qonşu ölkələrə köçürülməsi və bölgənin ABŞ-ın nəzarətinə keçməsi planı ilə bağlı heç bir tələsiklik olmadığını bildirib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Ağ Evdə Yaponiyanın Baş naziri İşiba Şiqeru ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandıran Tramp, bu məsələ ilə bağlı danışıqların aparılmadığını qeyd edib.

"Hazırda bu mövzuda heç bir müzakirə getmir. Amma biz tələsmirik. Bu məsələ artıq 50 ildən çoxdur davam edir. Biz sadəcə sabitlik görmək istəyirik." - deyə prezident bildirib.

Tramp Qəzzaya Amerika əsgərlərinin göndərilməsinə ehtiyac olmadığını vurğulayaraq, təhlükəsizlik baxımından İsrailin artıq bölgədə mövcud olduğunu bildirib. O, fələstinlilərin yaşadıqları ərazilərə qayıtmasını və 10 ildən sonra yenidən tərk etməsini istəmədiyini əlavə edib.

Prezident Qəzzanın ABŞ-ın yatıracağı sərmayələr hesabına inkişaf edəcəyini iddia edərək, bölgəyə sülh və sabitlik gətirmək məqsədində olduğunu bildirib.

Chosen
34
turkic.world

1Sources