EN

AZərbaycan Rusiyaya satdığı şaftalıdan 67 milyon dollar qazanc götürüb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyaya 67 milyon 47 min ABŞ dolları dəyərində 54 min 768 ton şaftalı ixrac edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 milyon 383 min dollar və ya 32,3%, miqdar baxımından isə  10 min 672  ton və ya 24,2% çoxdur.

2023-cü ilin yanvar-noyabr aylarında 50 milyon 665 min dollar dəyərində 44 min 96 ton şaftalı ixrac edilmişdi.

 Bu dövrdə Türkmənistandan Azərbaycana idxal edilən pomidorun 1 kiloqramının idxal qiyməti 0,95 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 0,94 manat idi. 

Qeyd edək ki, Azərbaycan özü də iri pomidor ixracçısıdır və xaricə böyük həcmdə pomidor ixrac edir. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 71 milyon 167 min dollar dəyərində 52 min 175 ton pomidor ixrac olunub. 
Yəni, xaricə satılan pomidorun 1 kiloqramının ixrac qiyməti 2,31 manat təşkil edib.

Başqa sözlə, Azərbaycanın xaricə satdığı pomidorun qiyməti xaricdən alınan pomidordan təqribən 3 dəfə bahadır.

Chosen
16
fed.az

1Sources