EN

ABŞ-da yoxa çıxan təyyarənin qalıqları və 10 nəfərin cəsədi tapıldı

"Ötən gün Unalakleetdən Nome reysinə qalxan, lakin qısa müddət sonra yoxa çıxan Cessna 208B Grand Caravan təyyarəsinin qalıqları tapılıb"- regional hakimiyyət orqanları bildirib.

Turkustan.az xəbər verir ki, səlahiyyətlilər, bir pilot və 9 sərnişinin olduğu təyyarədən heç kimin sağ qalmadığını bildirərək, qalıqların dənizin donmuş hissəsində tapıldığı barədə məlumat paylaşıblar.

Sahil Mühafizəsi rəsmisi Benjamin McIntyre-Coble, ABŞ Mülki Hava Patrulunun təqdim etdiyi radar məlumatlarının, yerli vaxtla saat 15:18 radələrində təyyarənin "hündürlük və sürəti itirməsinə səbəb olan bir hadisə" yaşadığını göstərdiyini söylədi.

Baş verənlərlə bağlı spekulyasiya edə bilməyəcəyini qeyd edən McIntyre-Coble, Sahil Mühafizəsinin dəniz suyu ilə təmasda olduğu zaman peykə siqnal göndərən təyyarədəki təcili lokator vericisindən heç bir təhlükə siqnalı almadığını söyləyib.

Alyaska ştatının əsgəri Ben Endresin sözlərinə görə, təyyarədəki 10 nəfərin hamısı böyüklərdir.

Berinq Hava Əməliyyatları Direktoru David Olson bildirib ki, təyyarə dünən yerli vaxtla saat 14:37-də Unalakleetdən havaya qalxıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
27
turkustan.az

1Sources