EN

Türkiyədə sunami təhlükəsi: Bu ərazilərdə baş verə bilər

Kandilli Rəsədxanası Egey dənizində davam edən seysmik fəaliyyətlə bağlı 4-cü hesabatını dərc edib.

Publika.az xəbər verir ki, son bir həftədə 1513 zəlzələnin qeydə alındığı bildirilən hesabatda Antalya körfəzi və Kaş yarımadasında 1-3 metrlik sunami dalğalarının ola biləcəyi vurğulanıb.

Kandilli Rəsədxanasının hesabatına görə, yanvarın 31-dən fevralın 7-dək Egey dənizində ümumilikdə 1513 zəlzələ baş verib ki, bunların da ən böyüyü 5,3 bal gücündə olub. Bu zəlzələlərin 108-i 4 baldan yuxarı olsa da, mütəxəssislər bölgədə aktivliyin davam etdiyini bildiriblər.

Hesabatda Santorini və ətrafında seysmik aktivliyin yaxın günlərdə daha böyük zəlzələlərə səbəb ola biləcəyinə diqqət çəkilir. Hesabatda 1956-cı ildə Cənubi Egeydə baş verən Amorgos zəlzələsindən bəhs edilərək, keçmiş sunamilərin təsirləri xatırladılıb:

“Kilimli (Kalimnos) adasında 2,5 metr hündürlüyündə dalğa yaranıb və sahildən 1,5 kilometr içəriyə qədər daşqın baş verib. Ünye (İos), İncirli (Nisiros), Batnaz (Patnos), Papazlık (Tilos) və Lipsi (Lipsos) adalarında böyük maddi ziyan dəyib. Sunami dalğaları Fethiyədə 1 metr hündürlüyə çatıb”.

Chosen
21
publika.az

1Sources