EN

ÇL-in ən yaxşı qolu bilindi

Çempionlar Liqasının Liqa mərhələsində vurulmuş ən yaxşı qol bəlli olub.

Fanat.Az verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən, İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniorun dəqiq zərbəsi ən yaxşı seçilib.

Braziliyalı oyunçunun VII turda Avstriyanın “Zaltsburq” komandasına 77-ci dəqiqədə vurduğu qol fərqləndirilib.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə fevralın 11-də start veriləcək.

Chosen
83
8
fanat.az

9Sources