EN

Luis Enrike “Monako” üzərində böyükhesablı qələbəni şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 21-ci turunda “Monako” üzərində 4:1 hesablı ev qələbəsini şərh edib.

Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Fikrimcə, biz çox yaxşı birinci hissə izlədik, amma ikinci hissə daha da yaxşı oldu. Çox fürsətlər yaratdıq və düşünürəm ki, bu gün çox yaxşı bir iş görmüşük. Bunlar müsbət xüsuslardır. Xviça Kvarsatsxeliya da ilk qolunu vurdu və ümidvaram ki, bu, çoxlu qollarının ilkidir.

Ancaq ən çox bəyəndiyim xüsus, bütün oyunçuların zehniyyəti və xasiyyətidir. Nəinki topa sahib olduqda, həm də müdafiə zehniyyətinin olması və oyun boyunca mübarizə aparmaq da vacibdir. “Monako” birbaşa rəqiblərimizdən biridir və düşünürəm ki, biz bu qələbəyə bir Çempionlar Liqası komandasına qarşı çox yaxşı bir oyun oynayaraq layiqik. Mən Avropa kubokunda onlara ən yaxşısını arzulayıram, bu qələbə isə məncə, bizim yaxşı formamızın təsdiqlənməsidir”, deyə Luis Enrike məmnunluqla vurğulayıb.

21 oyundan 53 xalla PSJ Fransa Liqa 1-in yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Monako” isə 37 xalla 3-cü pillədədir.

Chosen
70
arena.az

1Sources