EN

Qeyri- sabit hava şəraiti nəticəsində neçə nəfər xəsarət alıb? – AÇIQLAMA

Bakıda güclü küləklə müşayiət olunan qeyri- sabit hava şəraiti 1 nəfərin xəsarət alması ilə nəticələnib.

Day.Az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirib ki, 07-08 yanvar 2025-ci il tarixində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə küləkli hava şəraiti nəticəsində yıxılaraq xəsarət alan 1966-cı il təvəllüdlü 1 nəfər (kişi cinsli) müraciət edib.

"Bədənin müxtəlif hissələrinin yüngül əzilməsi diaqnozu qoyulan xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Ambulator müalicə üçüb evə buraxılıb",- deyə məlumatda qeyd edilib.

Chosen
10
8
day.az

9Sources