EN

Tramp Şimali Koreya ilə bağlı danışıqları davam etdirəcəyini bildirdi

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətlər qurduğunu deyib.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Tramp Yaponiyanın baş naziri İşiba Şiqeru ilə birgə mətbuat konfransı keçirib.

Tramp ABŞ və Yaponiya arasında ikitərəfli əlaqələrin çox yaxşı inkişaf etdiyini və yeni dövrdə ticarət, iqtisadi və müdafiə sahəsində əməkdaşlığın artacağını vurğulayıb:

"Şimali Koreya ilə münasibətlərimiz daha yaxşı olacaq. Kim Çen Inla çox yaxşı anlaşıram. Onunla münasibət qurmağım hamı üçün faydalıdır”.

Chosen
3
7
publika.az

8Sources