EN

Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda kirayə yaşadığı evdən 3 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Chosen
122
18
ucnoqta.az

10Sources